Sumqayıtda avtobus yük maşını ilə toqquşdu – VİDEO

Sumqayıtda avtobus yük maşını ilə toqquşdu – VİDEO

Hazırda oxunan: Sumqayıtda avtobus yük maşını ilə toqquşdu – VİDEO

249523

Bu gün saat 11:30 radələrində Sumqayıtda 3 nömrəli marşrut avtobusu yük maşını ilə toqquşub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş DYP İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev yayıb.

Onun szölərinə görə, hadisə Bakı-Quba-Rusiya sərhədi yolunun 48-ci kilometrliyində baş verib.

Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan 50-AE-761 dövlət nömrə nişanlı 3 nömrəli marşrut avtobus dönmə manevri edərkən yük maşını ilə toqquşub.

“Avtobusun sürücüsü Emin Barat oğlu Fərəcov körpü üzərində geridönmə əməliyyatı edən zaman Şahin Akif oğlu Güləliyevin idarə etdiyi 60-AC-496 dövlət nömrə nişanlı "Mercedes Axor" markalı yük maşını ilə toqquşub.

Avtobus sürücüsü əsas yoldan gələn yük maşınını gözləməyib, yük maşının solunda nəqliyyat vasitəsi olduğu üçün sola hərəkət edə bilməyib və qəza qaçılmaz olub. Hadisə nəticəsində xəsarət alan olmayıb”, - rəsmi məlumatda qeyd edilib.

Oxu.az-ın hadisə yerindən paylaşdığı videonu təqdim edirik:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO