İranla sərhəddə ƏMƏLİYYAT - Külli miqdarda narkotik AŞKARLANDI

İranla sərhəddə ƏMƏLİYYAT - Külli miqdarda narkotik AŞKARLANDI

Hazırda oxunan: İranla sərhəddə ƏMƏLİYYAT - Külli miqdarda narkotik AŞKARLANDI

249462

İrandan Azərbaycana 10 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 11-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Axtarış tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 10 kiloqram 320 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO