Əhaliyə XƏBƏRDARLIQ: Bu gün saat 10:00-dan saat 14:00-dək...

Əhaliyə XƏBƏRDARLIQ: Bu gün saat 10:00-dan saat 14:00-dək...

Hazırda oxunan: Əhaliyə XƏBƏRDARLIQ: Bu gün saat 10:00-dan saat 14:00-dək...

249234

Bu gün Bakının Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Bizim.Media-ya "Azərişıq" ASC-dən məlumat verilib.
 

Bildirilib ki, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində həyata keçirilən yenidənqurma işlərinə görə mayın 14-də elektrik xətləri sifarişə əsasən açılacaq.


Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək Bakıxanov qəsəbəsində Yavər Əliyev küçəsi və dəmir yolu xəttinə yaxın yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO