Gəncədə 18 yaşlı oğlanın ölümü ilə bağlı CİNAYƏT İŞİ açıldı

Gəncədə 18 yaşlı oğlanın ölümü ilə bağlı CİNAYƏT İŞİ açıldı

Hazırda oxunan: Gəncədə 18 yaşlı oğlanın ölümü ilə bağlı CİNAYƏT İŞİ açıldı

249164

Gəncədə xəsarət almış şəxsin ölməsi faktı üzrə cinayət işi başlanılıb.

Baş Prokurorluğunun Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən yataqxanasının həyətində almış olduğu xəsarətdən bu gün müalicə aldığı xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
 

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin ibtidai istintaqı aparılır.


Cinayət əməlini törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO