Hərbi prokuror təyin edilən Bəhruz Əhmədov KİMDİR? – DOSYE

Hərbi prokuror təyin edilən Bəhruz Əhmədov KİMDİR? – DOSYE

Hazırda oxunan: Hərbi prokuror təyin edilən Bəhruz Əhmədov KİMDİR? – DOSYE

249146

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilib.

Bizim.Media Bəhruz Əhmədovun dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Bəhruz Əhmədov hərbi prokuror təyin edildi – SƏRƏNCAM

 

Bəhruz Əmədov 4 iyul 1984-cü ildə anadan olub. Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib.

Xidməti fəaliyyətinə Qarabağ hərbi prokurorluğunda başlayan Bəhruz Əhmədov həmin hərbi prokurorluğun müstəntiqi, böyük müstəntiqi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, böyük müstəntiqi, həmin idarənin kriminalistika şöbəsinin prokuroru vəzifələrində çalışıb.

O, 2018-ci ilin noyabrında Qazax Hərbi Prokuroru vəzifəsinə təyin olunub.

2020-ci il iyulun 9-da isə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin rəisi vəzifəsinə Bəhruz Əhmədov təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO