İlhamə Elşadqızının məhkəməsi BAŞLADI

İlhamə Elşadqızının məhkəməsi BAŞLADI

Hazırda oxunan: İlhamə Elşadqızının məhkəməsi BAŞLADI

248883

“TikTok”da özünü şair kimi təqdim edən, narkotik ittihamı ilə həbs edilən İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 14-nə təyin olunub.

Xatırladaq ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.
 

Qeyd edək ki, “TikTok” əməliyyatları çərçivəsində aparıcı Azər Zahid , Abdullayev Emin və Rəşad qardaşları və digərləri saxlanılıb. Onların barəsində həbs qərarı çıxarılıb.


İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO