Mayın 12-dən 19-dək respublika ərazisində “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcək.
Baş Dövlət Yol Polisi İdarəsindən Bizim.Media-ya bildirilib ki, tədbir çərçivəsində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı nəzarət-profilaktik tədbirlərin artırılması ilə yanaşı, əhali arasında təbliğat-təşviqat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi nəzərdə tutulur.
İdarə bir daha piyadaları diqqətli olmağa çağırıb, eyni zamanda ictimai təsisatları, xüsusilə media subyektlərini sözügedən tədbir çərçivəsində birgə əməkdaşlığa dəvət edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:42 / 11.05.2025
DYP-dən piyadalara ÇAĞIRIŞ: “Diqqətli olun”
Hazırda oxunan: DYP-dən piyadalara ÇAĞIRIŞ: “Diqqətli olun”
Hazırda oxunan: DYP-dən piyadalara ÇAĞIRIŞ: “Diqqətli olun”
248730
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.