Turistlər Bakı aeroportunda xalça ala biləcəklər – Mağaza açıldı

Turistlər Bakı aeroportunda xalça ala biləcəklər – Mağaza açıldı

Hazırda oxunan: Turistlər Bakı aeroportunda xalça ala biləcəklər – Mağaza açıldı

24855

Artıq Azərbaycana səyahətə gələn xarici turistlər öz vətənlərinə “Azərxalça”nın möhtəşəm xalçalarını alaraq qayıdacaqlar.

Bizim.Media xəbər verir ki, bu gündən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərən rüsumsuz ticarət mağazalarında (Duty free) “Azərxalça” ASC-nın rəsmi satış nöqtəsi fəaliyyətə başlayıb.

Burada turistlər kiçik ölçülü suvenir xalçalarla yanaşı, böyük ölçülü müxtəlif xalçaları da əldə edə biləcəklər.

Dünya bazarında özünə məxsus yeri olan Azərbaycan xalçalarının ölkədə ən böyük istehsalçısı olan “Azərxalça” ASC yaxın zamanlarda müxtəlif məkanlarda çoxsaylı satış nöqtələrini açmaqla yanaşı, tarixdə ilk dəfə özünün ilk və ən böyük mağazası – “showroom”un təqdimatını edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO