Noyabrın 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.
xa0
Moderator.azxa0xəbər verir ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri,xa0 şöbə və departament rəhbərləri qəbulda iştirak edib.
xa0
Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, statusun verilməsi, kommunal xidmətlər, məşğulluq və digər məsələlərlə əlaqəli olub.
xa0
Məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını və məşğulluğunun təmin edilməsini daim diqqətdə saxlayır.
xa0
Bunun nəticəsidir ki, məcburi köçkünlərlə bağlı məsələ ölkədə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıq verib və onun icrasına şəxsən nəzarət edir.
xa0
Qəbulda iştirak edən məcburi köçkünlərin müraciətləri müvafiq qaydada qeydə alınıb.
xa0
Komitə sədri qəbula gələnlərin müraciətlərini diqqətlə dinləyib, müraciət edilən məsələlərlə bağlı şöbə və departamentlərə tapşırıq verilib.
































































































