Masallıda DƏHŞƏT: Sevgilisinin əl-qolunu bağlayıb saçını qırxdı

Masallıda DƏHŞƏT: Sevgilisinin əl-qolunu bağlayıb saçını qırxdı

Hazırda oxunan: Masallıda DƏHŞƏT: Sevgilisinin əl-qolunu bağlayıb saçını qırxdı

248057

Masallı rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadına qarşı zorakılıq əməlləri törətmiş şəxs həbs edilib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə mayın 2-də Masallı şəhəri Hakimiyyət küçəsindəki evdə baş verib.
 

1981-ci il təvəllüdlü Anar Məmmədli qeyri-rəsmi nikahda yaşadığı Gülər Səmədovanı (ad-soyad şərtidir) döyərək əl-qolunu bağlayıb. O, ülgüclə G.Səmədovanın saçını qırxıb.


G.Səmədova gecə saat 23 radələrində ona qarşı törədilmiş hadisə ilə bağlı polisə müraciət edib.

Təxminən 3 saat sonra A.Məmmədli saxlanılıb. O, saxlanılarkən müqavimət göstərərək səs-küy salıb, ünvansız söyüşlər söyməyə başlayıb.

Anar barəsində inzibati protokol tərtib edilib və Masallı Rayon Məhkəməsinə göndərilib.

A.Məmmədli məhkəmədə hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.

Məhkəmənin qərarı ilə ona 8 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, hazırda həmin şəxsin qadına qarşı hüquqazidd əməli ilə bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO