Ağdaşda iki musiqiçi arasında dava QANLA BİTDİ

Ağdaşda iki musiqiçi arasında dava QANLA BİTDİ

Hazırda oxunan: Ağdaşda iki musiqiçi arasında dava QANLA BİTDİ

248043

Ağdaşda bıçaqlanma hadisəsi baş verib.

Bizim Media-nın Aran bürosu xəbər verir ki, mayın 7-də gecə saatlarında Ağdaş rayonu ərazisində 1965-ci il təvəllüdlü Əhmədiyə Qurbanov bıçaqla 53 yaşlı Yusif Hüseynovun qarın və kürək nahiyəsinə xəsarət yetirib.
 

Hər ikisi musiqiçi olan şəxslərin arasında mübahisəyə səbəb Y.Hüseynovun Ə.Qurbanovla toy sifarişinə getməməsi olub.


Sonuncunun hadisə zamanı sərxoş olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarl tərəfindən saxlanılıb. Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media,Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO