“Toyota Prius”dan daha bir qəza - Ölən və xəsarət alanlar var

“Toyota Prius”dan daha bir qəza - Ölən və xəsarət alanlar var

Hazırda oxunan: “Toyota Prius”dan daha bir qəza - Ölən və xəsarət alanlar var

247852

Bakıda minik avtomobili "KamAz" markalı yük avtomobili ilə toqquşub.

Bizim.Media xəbər verir ki, hadisə mayın 3-də Qaradağ rayon ərazisində qeydə alınıb.

1989-cu il təvəllüdlü İsmayılov Elçin Rasif oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə 1990-cı il təvəllüdlü Kəlpəliyev Anar Həmidağa oğlunun idarə etdiyi “Kamaz” markalı yük avtomobilinin toqquşub.
 

Nəticədə “Toyota Prius” markalı avtomobilin sürücüsü 1989-cu il təvəllüdlü E.İsmayılov və həmin maşınında olan sərnişinlər 1990-cı il təvəllüdlü Mirzəyeva Mehriban Saday qızı, 1994-cü il təvəllüdlü Dəmirqayayev Coşqun İlham oğlu, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Sərxan oğlu, 1986-cı il təvəllüdlü Əliyev Xaliq Əhsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.


Həkimlərin səyinə baxmayaraq C.Dəmirqayayev ötən gün müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO