Özbəkistan aviaşirkəti Bakı-Daşkənd marşrutu üzrə birbaşa uçuşlara BAŞLADI

Özbəkistan aviaşirkəti Bakı-Daşkənd marşrutu üzrə birbaşa uçuşlara BAŞLADI

Hazırda oxunan: Özbəkistan aviaşirkəti Bakı-Daşkənd marşrutu üzrə birbaşa uçuşlara BAŞLADI

247792

Özbəkistanın “Centrum Air” aviaşirkəti Bakı–Daşkənd marşrutu üzrə müntəzəm birbaşa reyslərin icrasına başlayıb.

Bizim.Media xəbər verir ki, uçuşlar hər həftənin bazar ertəsi günü müasir və komfortlu Airbus A320 təyyarələri ilə yerinə yetirilir.

“Centrum Air”in uçuş cədvəli:

• Bakı-Daşkənd: uçuş saat 19:20, eniş saat 22:50

• Daşkənd-Bakı: uçuş saat 16:15, eniş saat 18:20

Qeyd edək ki, Bakı–Daşkənd istiqaməti artıq Heydər Əliyev Beynəlxalq Aeroportunun marşrut şəbəkəsində mövcuddur. “Centrum Air”in də bu xəttə daxil olması sərnişinlər üçün əlavə tezlik və seçim imkanı yaradacaq.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO