Qəbirqazan qəbir yeri götürmək istəyən şəxsi belə aldadıb - TƏFƏRRÜAT

Qəbirqazan qəbir yeri götürmək istəyən şəxsi belə aldadıb - TƏFƏRRÜAT

Hazırda oxunan: Qəbirqazan qəbir yeri götürmək istəyən şəxsi belə aldadıb - TƏFƏRRÜAT

247677

Xəzər Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Elvüsal Məmmədovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Emin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 2 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub.

İttihama görə, Elvüsal Məmmədov Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən qəbiristanlıqda qəbirqazan işləyib.
 

O, atası üçün qəbir yeri götürmək istəyən zərərçəkmiş Rövnəq Əliyevə (ad, soyadı şərtidir) 2024-cü ilin aprel ayında özünü həmin qəbiristanlığın qəbir yeri verən məsul şəxsi kimi təqdim edib.


Təqsirləndirilən şəxs zərərçəkmişə 650 manat məbləğində pul verdiyi halda ona qəbir yeri qazdırıb hazırlatdıracağına dair yalan vəd verib. Rövnəq də həmin pulu müxtəlif vaxtlarda ona verib. Lakin sonradan Elvüsal zərərçəkmişin atası üçün qəbir yeri verməyərək dələduzluq edib. (Pravda)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO