"Dəniz təməl komando kursu”nun növbəti buraxılış mərasimi KEÇİRİLDİ - FOTO

"Dəniz təməl komando kursu”nun növbəti buraxılış mərasimi KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: "Dəniz təməl komando kursu”nun növbəti buraxılış mərasimi KEÇİRİLDİ - FOTO

247433

Hərbi Dəniz Qüvvələrinin (HDQ) "N" hərbi hissəsində “Dəniz təməl komando kursu”nun növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə HDQ-nin rəhbər heyəti, hərbi qulluqçular iştirak ediblər.

Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksin önünə tər güllər qoyulub. Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa edilib.

HDQ-nin komandanı vəzifəsini müvəqqəti icra edən 1-ci dərəcəli kapitan Şahin Məmmədov çıxış edərək hərbi qulluqçuları salamlayıb, kursu müvəffəqiyyətlə bitirənlərə Müdafiə Nazirliyi rəhbərliyinin təbriklərini çatdırıb, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

1-ci dərəcəli kapitan Ş.Məmmədov Ümummilli Lider Heydər Əliyevin nizami ordu kimi formalaşdırdığı Azərbaycan Ordusunda Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlardan, HDQ-nin fəaliyyətindən, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdə HDQ-nin şəxsi heyətinin də rəşadətlə iştirak etməsindən danışıb.

Sonra kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub və məzunlara sertifikatlar təqdim edilib. Kursda fərqlənən hərbi qulluqçular və təlimatçılar fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO