Çavuşoğlu: “Rusiyanın rolu nədirsə, Türkiyənin də rolu o olacaq”

Çavuşoğlu: “Rusiyanın rolu nədirsə, Türkiyənin də rolu o olacaq”

Hazırda oxunan: Çavuşoğlu: “Rusiyanın rolu nədirsə, Türkiyənin də rolu o olacaq”

2474

“Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzində Rusiyanın rolu nədirsə, Türkiyənin də rolu o olacaq”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, mərkəz tərəfindən atəşkəsi pozan müəyyən edilləcək və ona qarşı cəza tədbirləri tətbiq ediləcək.

“Sadəcə bir mərkəz olmayacaq, şöbələr də fəaliyyət göstərəcək. Detallar sabah müəyyən edildikdən sonra bu barədə məlumat veriləcək”.

Çavuşoğlu əlavə edib ki, mərkəz Rusiya, Azərbaycan və Ermənistan arasında imzxalanmış razılaşmanın 5-ci bəndinə əsasən qurulur.

XİN rəhbəri deyib ki, mərkəz müzakirələrdən sonra Azərbaycanın istəyinə uyğun olaraq onun müəyyən etdiyi yerdə olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO