Kanalların ətrafına sədd çəkilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Kanalların ətrafına sədd çəkilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Kanalların ətrafına sədd çəkilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

246897

Ölkənin bir neçə ərazisində suvarma kanalları mövcuddur. Bu kanallar suvarma sisteminin önəmli  bir hissəsi olsa da, bəzi təhlükələrə də səbəb ola bilir. Belə ki,  kanallara düşüb vəfat edənlər, xüsusilə azyaşlılar  çoxdur.

Qeyd edək ki, suvarma kanalına düşüb, dünyasını dəyişənlər çox olduğu halda hələ də bu kanalların ətrafına təhlükəsizlik sədlərinin çəkilməməsi diqqət çəkən məqamdır.

Maraqlıdır ki, bunun səbəbi nədir? Suvarma kanallarının ətrafına təhlükəsizliklə bağlı səddin, dəmir məhəccərin çəkilməsi mümkündürmü?

Mövzu ilə bağlı Bizim.Media məsələylə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğu ünvanlayıb.

Agentliyin nümayəndəsi Dilqəm Şərifov açıqlamasında bildirib ki, respublika ərazisindəki suvarma kanalları açıq tiplidir və müəyyən layihə əsasında  çəkilir və bu layihədə kanalların ətrafına sədlərin çəkilməsi nəzərdə tutulmayıb.


“Açıq tipli kanalların ətrafına nəsə çəkilməsi layihədə yoxdur. Hər bir suvarma kanalı üçün müəyyən mühafizə zolaqları nəzərdə tutulub. Həmin zolaqlar insanların kanala yaxınlaşmaması, ondan kənar hərəkət etməsi üçündür. Həmçinin kanalların ətrafında müxtəlif məsafələrdə kanalda üzməyin, çimməyin qadağa olmasıyla bağlı xəbərdarlıqlar, nişanlar var. Sahə rəisləri mütəmadi olaraq kəndlərdə görüşlər keçirir, söhbətlər aparır”.

Dilqəm Şərifov vurğulayıb ki, kanalın istismarının görülməsi, texnikanın yaxınlaşması üçün ətrafında sədd çəkilmir.

“Layihə necədirsə, kanal elə də çəkilib. Layihədə isə sədlərin çəkilməsi nəzərdə tutulmayıb”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO