Bu gün Azərbaycanda “Son zəng” çalınacaq

Bu gün Azərbaycanda “Son zəng” çalınacaq

Hazırda oxunan: Bu gün Azərbaycanda “Son zəng” çalınacaq

24685

İyunun 14-də Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” çalınır. İlk dəfə olaraq müəllim və şagirdlər bu əlamətdar hadisəni Vətən müharibəsində qalib gəlmiş xalqın övladları olaraq qeyd edirlər.

Təhsil Nazirliyindən Bizim.Media-ya bildirilib ki, 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 131 227 nəfər, XI siniflərini 84 069 nəfər şagird bitirir.

IX sinfi bitirənlərdən 60 403 nəfəri qız, 70 824 nəfəri oğlan, XI sinfi bitirənlərdən 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır.

2020-2021-ci tədris ilində respublika üzrə ümumi təhsil məktəbində fəaliyyət göstərən 6110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər uşaq başa vurub. 2021-2022-ci tədris ilində respublika üzrə 158 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığını nəzərə alaraq 2020-2021-ci tədris ili üzrə “Son zəng” tədbirlərinin iyunun 14-də aşağıda göstərilən qaydalara əməl edilməklə təşkilinə icazə verilib:

- Tədbirin ümumi təhsil müəssisəsinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saatdan artıq olmamaqla keçirilməsi;

- Yalnız ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimin iştirakı ilə keçirilməsi;

- 11-ci sinif şagirdlərinin sayı 100-dən çox olan ümumi təhsil müəssisələrində iki mərhələdə günün müxtəlif vaxtlarında keçirilməsi.

“Son zəng” tədbirinin qapalı məkanlarda (akt zalları, idman zalları, sinif otaqları, məktəbin foyesi və sair) təşkilinə və tədbirdə valideynlərin iştirakına icazə verilmir.

Təhsil Nazirliyi bununla bağlı rayon və şəhər təhsil şöbələrinə müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, 2020-2021-ci tədris ili Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən əyani və distant formada başlayıb. Belə ki, ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə 2020-ci il sentyabrın 15-dən əyani və distant (məsafədən) formada, V-IX siniflərdə sentyabrın 15-dən distant, X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda təşkil olunmağa başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO