Sabahdan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılacaq.
Bu barədə Bizim.Media-ya İnsan Resursları Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, müsabiqə qaydalarına əsasən, vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdiriləcək.
Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq olunmuş şəhid ailəsi üzvləri 25 aprel saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi 27 aprel saat 11:00-dək davam edəcək.
Növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:20 / 24.04.2025
İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ! Vakansiya seçimi BAŞLAYIR
Hazırda oxunan: İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ! Vakansiya seçimi BAŞLAYIR
Hazırda oxunan: İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ! Vakansiya seçimi BAŞLAYIR
245906
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.