DİN-in Polis Akademiyasında beynəlxalq elmi-praktik konfrans keçirildi – FOTO

DİN-in Polis Akademiyasında beynəlxalq elmi-praktik konfrans keçirildi – FOTO

Hazırda oxunan: DİN-in Polis Akademiyasında beynəlxalq elmi-praktik konfrans keçirildi – FOTO

245851

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və MDB iştirakçıları olan dövlətlərin ərazisində Mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun təşkilatçılığı ilə “MDB iştirakçıları olan dövlətlərin səlahiyyətli orqanlarının ekspert-kriminalistik fəaliyyətinin aktual məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə MDB iştirakçıları olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büro, Rusiya Federasiyası, Özbəkistan, Belarus, Qazaxıstan, Tacikistan, Qırğız Respublikalarının kriminalistik-ekspertiza sahəsində çalışan mütəxəssisləri, DİN-in Polis Akademiyası, Kriminalistik Tədqiqatlar İdarəsi, Baş Prokurorluq, Ədliyyə Nazirliyin və digər qurumların nümayəndələri iştirak ediblər.

Konfransada MDB-yə üzv dövlətlərin beynəlxalq cinayətkarlıqla və cinayətkarların axtarışı ilə mübarizədə effektivliyi, informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərin istintaqında ekspert-kriminalistik fəaliyyət, məhkəmə ekspertizasının istiqamətləri üzrə məruzələr dinlənilib.

Yekunda mövzular ətrafında müzakirələr aparılıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO