Albaniyada tutulan şəxs Azərbaycana GƏTİRİLDİ

Albaniyada tutulan şəxs Azərbaycana GƏTİRİLDİ

Hazırda oxunan: Albaniyada tutulan şəxs Azərbaycana GƏTİRİLDİ

245711

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Salmanov Elşən Vahid oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Albaniya Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, Elşən Salmanovun təkrar dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

O, 2024-cü ilin oktyabr ayında Albaniyanın Rinas şəhərində müəyyən edilərək həbs edilib.

Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə zəruri tədbirlər görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO