Narkotik çəkib avtomobil sürdü – POLİS SAXLADI

Narkotik çəkib avtomobil sürdü – POLİS SAXLADI

Hazırda oxunan: Narkotik çəkib avtomobil sürdü – POLİS SAXLADI

245634

Tovuzda polis narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünü müəyyən edib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “Toyota” markalı avtomobilin sürücüsünə “saxla” əmri verilib.
 

Avtomobil dayandırılarkən sürücü Ə. Axundovun adekvat olmayan hərəkətləri polis əməkdaşlarında şübhə yaratdığından sürücü tibbi müayinədən keçirilib.

Bu zaman onun narkotik vasitələrdən istifadə etdiyi də məlum olub. Onun barəsində toplanan materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO