İtkin düşən gəncin meyiti tapıldı - FOTO

İtkin düşən gəncin meyiti tapıldı - FOTO

Hazırda oxunan: İtkin düşən gəncin meyiti tapıldı - FOTO

24563

Qax rayonunda altı gün öncə itkin düşən gəncin meyiti tapılıb.

Bizim.Media-nın məlumatına görə, Qax rayon sakini, 1995-ci il təvəllüdlü Elman Loğman oğlu Hüseynovun meyiti İlisu kəndi ərazisindən keçən Kürmük çayında aşkarlanıb.

Qeyd edək ki, E.Hüseynov sonuncu dəfə altı gün öncə ailə üzvlərinə İlisu kəndindən aralıda, dağlıq ərazidə yerləşən İlisu hamamına getdiyini bildirib.

Həmin vaxt isə hava qeyri-sabit keçib və güclü yağış yağıb. Onun çaya düşərək boğulduğu ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO