Gəncədə şagirdlər arasında dava zamanı daha bir məktəbli xəsarət alıb

Gəncədə şagirdlər arasında dava zamanı daha bir məktəbli xəsarət alıb

Hazırda oxunan: Gəncədə şagirdlər arasında dava zamanı daha bir məktəbli xəsarət alıb

245554

Gəncədə məktəblilər arasında baş verən dava ilə bağlı Gəncə Baş Polis İdarəsindən rəsmi açıqlama verilib.

DİN Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, Gəncə şəhərindəki məktəblərdən birində şagirdlər arasındakı insidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar davam etdirilir.

"Araşdırmalar zamanı başqa bir şagirdin xəsarət alaraq xəstəxanaya müraciət etməsi məlum olub.

Şagirdlərin validenlərinin iştirakı ilə onların izahatı alınıb. Hazırda müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir", - deyə E. Qasımov bildirib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO