Özəl xəstəxanalarda qeysəriyyə əməliyyatı qadağan edildi

Özəl xəstəxanalarda qeysəriyyə əməliyyatı qadağan edildi

Hazırda oxunan: Özəl xəstəxanalarda qeysəriyyə əməliyyatı qadağan edildi

245523

Türkiyə Səhiyyə Nazirliyi tibbi zərurət olmadan özəl xəstəxanalarda planlı qeysəriyyə əməliyyatlarına qadağa qoyub.

Bizim.Media xəbər verir ki, qərar Rəsmi Qəzetdə dərc olunaraq qüvvəyə minib.

Mövzu ictimaiyyətdə geniş müzakirə doğurub. Prezident Rəcəb Tayyib Ərdoğan məsələyə münasibət bildirərək, "Normal doğuşa təşviq hörmətsizlik deyil, sağlam cəmiyyət üçün mühüm addımdır," deyib.

Qeyd edək ki, "Sağlam Türkiyə Əsri" proqramı çərçivəsində yenilənən əsasnaməyə əsasən, doğum şöbəsi yaratmaq istəyən özəl tibb mərkəzləri artıq əməliyyat otağına da sahib olmalıdır. Əks halda doğum xidmətləri göstərmələrinə icazə verilməyəcək.

Yeni qaydalara görə, doğum otaqları minimum 16 kvadratmetr ölçüsündə olacaq və doğuşla bağlı bütün məlumatlar elektron sistemə daxil ediləcək. Həmçinin, mütəxəssis həkimlərin sayı 10-u keçən mərkəzlərdə cərrahi müdaxilə bölməsi yaradılması mümkün olacaq. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO