Qadının fotolarını "TikTok"da yayacağı ilə hədələyən şəxsə CƏZA VERİLDİ

Qadının fotolarını "TikTok"da yayacağı ilə hədələyən şəxsə CƏZA VERİLDİ

Hazırda oxunan: Qadının fotolarını "TikTok"da yayacağı ilə hədələyən şəxsə CƏZA VERİLDİ

245513

Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Qüdrət Dadaşovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media “pravda.az”a istinadən xəbər verir ki, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, Qüdrət Dadaşov 10 sentyabr 2024-cü il tarixdən 15 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində mütəmadi olaraq yaşadığı evdən və işlədiyi Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən quşçuluq fabrikinin həyətindən "WhatsApp" vasitəsilə qeyri-rəsmi münasibətdə olmaqla bir neçə dəfə cinsi əlaqədə olduğu zərərçəkmiş Səbinə Əkbərova (ad, soyadı şərtidir) ilə danışıb, mesajlaşıb.
 

Sonra o, Səbinəyə telefonunda onun lüt şəkillərinin olduğunu bildirib, həmin fotoları "TikTok" sosial səbəkəsində yayımlayacağını, ailəsində və qohumlarının yanında rüsvay olacağını, eləcə də onunla olan qeyri-rəsmi münasibətlərindən hər kəsin məlumatının olacağını deyərək hədələyib. Qüdrət hətta zərərçəkmiş şəxs ilə "WhatsApp" vasitəsilə danışan zaman çəkdiyi şəkilləri ona göndərib, həqiqətən, lüt şəkillərini də çəkdiyinə inandıraraq həmin məlumatları və şəkilləri "TikTok"da yaymaması, həmçinin bu barədə yaxın qohumlarına məlumat verməməsi müqabilində qadından 150 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib.


Xəzər Rayon Məhkəməsinin hökmü ilə o, üç il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO