Tanış olduğu qadının ərini baltaladı - TƏFƏRRÜAT

Tanış olduğu qadının ərini baltaladı - TƏFƏRRÜAT

Hazırda oxunan: Tanış olduğu qadının ərini baltaladı - TƏFƏRRÜAT

245493

Bakı Apellyasiya Məhkəməsində xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Şahin Babayevin (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 2023-cü ilin noyabr ayının 26-dan 27-nə keçən gecə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
 

Belə ki, Şahin Babayev əvvəllər tanımadığı zərərçəkmiş Tunar Məlikovun (ad, soyadı şərtidir) arvadının dəvəti ilə qadının ailəsi ilə birlikdə yaşadıqları evə gəlib. Bu zaman zərərçəkmiş şəxs evinə gəlib. Şahin isə evin eyvanında gizlənib. Sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin eyvana daxil olduğunu görüb, artıq ifşa olunduğunu dərk edib.


O, özünə qarşı edilə biləcək hər hansı bir hərəkətlərin qarşısını almaq üçün çıxış yolu kimi Tunarın qəsdən sağlamlığına zərər yetirmək qərarına gəlib və mənzildən qaça biləcəyini düşünüb. Daha sonra Şahin orada olan baltanı əlinə alıb, Tunarın övladı və arvadının gözləri qarşısında ona bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vurub.

Hadisədən sonra Şahin Babayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO