İƏGF Avrasiya Regional Mərkəzi BMT ECOSOC Gənclər Forumunda mina qurbanları ilə bağlı platformanı təqdim etdi – FOTO

İƏGF Avrasiya Regional Mərkəzi BMT ECOSOC Gənclər Forumunda mina qurbanları ilə bağlı platformanı təqdim etdi – FOTO

Hazırda oxunan: İƏGF Avrasiya Regional Mərkəzi BMT ECOSOC Gənclər Forumunda mina qurbanları ilə bağlı platformanı təqdim etdi – FOTO

245428

22 aprel 2025 Bu yaxınlarda İslam Əməkdaşlığı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) Baş direktorunun müavini Ramin Həbibzadə ABŞ-nin Nyu-York şəhərində keçirilən BMT ECOSOC (İqtisadi və Sosial Şura) Gənclər Forumu çərçivəsində baş tutan "Qoşulmama Hərəkatı Gənclərinin Baxışı: Mina Fəaliyyətində Regional və Qlobal Əməkdaşlıq" adlı yan tədbirdə çıxış edib.

Bizim.Media xəbər verir ki, Baş direktor müavini öz çıxışında mina fəaliyyəti sahəsində regional və qlobal əməkdaşlığın əhəmiyyətini vurğulayıb və bu prosesdə gənclərin roluna xüsusi diqqət çəkib.

Tədbir zamanı Ramin Həbibzadə İƏGF Avrasiya Regional Mərkəzi tərəfindən 2023-cü ildə təsis olunmuş “Mina Qurbanlarının Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Gənclər Platforması” haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
 

Bu platformanın məqsədi mina qurbanlarının, xüsusilə, gənc qurbanların səslərinin eşidilməsini təmin etmək, gənclərin rəhbərlik etdiyi müdafiə və reabilitasiya təşəbbüslərini dəstəkləmək və beynəlxalq əməkdaşlığı təşviq etməkdir. Platformanın təqdimatından sonra, tədbir iştirakçıları ilə interaktiv formatda sual-cavab sessiyası keçirilib.


Yan tədbirdə ECOSOC Gənclər Forumunda iştirak edən müxtəlif ölkələrdən gəlmiş gənc nümayəndələrlə yanaşı, BMT və onun agentlikləri, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (NAM YO), ANAMA və digər uyğun qurumların nümayəndələri də iştirak ediblər. Tədbir mina fəaliyyəti sahəsində gənclərin daha geniş iştirakının təşviqi və qlobal əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO