“WhatsApp”da yazışmaların məxfiliyi yüksək səviyyədə qorunur, çünki tətbiq "end-to-end encryption" – yəni ucdan-uca şifrələmə texnologiyasından istifadə edir.
Bu o deməkdir ki, mesaj yalnız göndərən və alan şəxs tərəfindən oxuna bilər. "WhatsApp", Meta (Facebook), ya da üçüncü tərəflər bu yazışmaları görə bilmir.
Bizim.Media xəbər verir ki, söhbətlər cihazlarda saxlanılır, "WhatsApp"ın serverlərində mesaj məzmunu saxlanmır.
Amma telefonun özü təhlükəsiz deyilsə (yəni viruslu, ya da kiminsə əlindədirsə), bu zaman məxfiliyin qorunması zəifləyə bilər.
Bulud ehtiyat nüsxələri (backup) – Əgər siz "WhatsApp" mesajlarınızı Google Drive və ya iCloud-a ehtiyat nüsxə olaraq saxlayırsınızsa, bu zaman həmin bulud platformaları şifrələmə sisteminə daxil ola bilər. Amma indi bu nüsxələr də əlavə şifrələmə ilə qorunur. (Metbuat.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:19 / 21.04.2025
Bu halda "WhatsApp" mesajları üçüncü şəxslər tərəfindən oxuna BİLƏR
Hazırda oxunan: Bu halda "WhatsApp" mesajları üçüncü şəxslər tərəfindən oxuna BİLƏR
Hazırda oxunan: Bu halda "WhatsApp" mesajları üçüncü şəxslər tərəfindən oxuna BİLƏR
245307
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.