25 aprel 2025-ci il tarixində “PAŞA Property Management” MMC-nin təşkilatçılığı ilə əmək yarmarkası keçiriləcək.
Bizim.Media xəbər verir ki, Atletlər kəndində baş tutacaq tədbir saat 10.00-dan 14.00-dək davam edəcək.
Əmək yarmarkası çərçivəsində elektrik (həmçinin zəif axın üzrə elektrik), mexanik (santexnik/ havalandırma), təmizlik işçisi (bəy namizədlər), təhlükəsizlik işçisi və xadimə işləri üzrə vakansiyalar təqdim olunacaq.
Ünvan: Koroğlu metrosu, Atletlər kəndi
Şirkət haqqında: PAŞA Property Management premium daşınmaz əmlakın idarə edilməsi sahəsində aparıcı şirkətdir. Şirkət lüks və premium sinif yaşayış və kommersiya obyektlərinin idarə edilməsi sahəsində yüksək keyfiyyətli xidmət təklif edir.
Bizim.Media