Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 18-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 6500, 6000, 2971, 2850, 1000, 800, 450, 392, 201, 150, 70, 10 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:34 / 19.04.2025
Ötən gün Bank kartlarından 21 min manatdan çox pul OĞURLANDI
Hazırda oxunan: Ötən gün Bank kartlarından 21 min manatdan çox pul OĞURLANDI
Hazırda oxunan: Ötən gün Bank kartlarından 21 min manatdan çox pul OĞURLANDI
244957
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.