Anar Bayramov və Rəşad Mustafayev nazir müavini TƏYİN EDİLDİ - FOTO

Anar Bayramov və Rəşad Mustafayev nazir müavini TƏYİN EDİLDİ - FOTO

Hazırda oxunan: Anar Bayramov və Rəşad Mustafayev nazir müavini TƏYİN EDİLDİ - FOTO

244690

Prezident İlham Əliyevin Sərəncamları ilə Anar Məhərrəm oğlu Bayramov və Rəşad Əzizağa oğlu Mustafayev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin ediliblər.

Bizim.Media xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, Anar Bayramov hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.

Rəşad Mustafayev isə 2000-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, 2001-2015-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2015-2023-cü illərdə “Cənub Qaz Dəhlizi” QSC-nin Baş direktorunun müavini, 2023-cü ildən hazırkı vəzifəsinə qədər “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO