Yağışa görə əmlakları zərər görənlərin NƏZƏRİNƏ: Kompensasiya VERİLƏ BİLƏR

Yağışa görə əmlakları zərər görənlərin NƏZƏRİNƏ: Kompensasiya VERİLƏ BİLƏR

Hazırda oxunan: Yağışa görə əmlakları zərər görənlərin NƏZƏRİNƏ: Kompensasiya VERİLƏ BİLƏR

244658

Son günlər leysan yağışları və güclü külək nəticəsində təsərrüfatlara, evlərə və ayrı-ayrı vətəndaşın sağlamlığına ciddi ziyan dəyib.

Bəs, dəymiş ziyanların hansını sığorta ödənişi gözləyir?

Suala Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov aydınlıq gətirib. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, bir sıra sığorta növləri var ki, onlar bir çox hadisələrə görə ödəniş təminatı verə bilir:

“Bunlar hansı sığorta növləri olduğunu demək istəyirəm. Məsələn daşınmaz əmlakın icbari sığortası üzrə sığorta növünü əldə edən vətəndaşlar varsa, onlar baş vermiş təbii fəlakətlərə görə dəymiş zərər qarşılığında sığorta ödənişi ala biləcəklər.
 

Eyni zamanda avtomobilinin kasko sığortası olan vətəndaş da güclü külək və leysan nəticəsində avtomobilinə dəymiş zərərə görə yardım ala bilər. Son 2 gündə təsərrüfatlara da ciddi ziyan dəyib. İstər heyvanlar, istərsə də 41 növ bitki üzrə sığorta etdirənlər, bunlar hamısı aqrar sığortadan müvafiq ödəniş ala biləcəklər”.


Müsahibimiz xatırladıb ki, son təbii hadisə nəticəsində avtomobillərə dəymiş ziyanı sığorta şirkətləri qarşılamır:

“Çünki icbari sığorta yalnız yol-nəqliyyat hadisəsi zamanı qarşı tərəfin əmlakına və sağlamlığına dəymiş ziyanı qarşılayır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO