Hazırda Ağdam şəhərində ikinci məhəllənin tikintisi aparılır.
Bizim.Media xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Onun sözlərinə görə, buraya 66 bina üzrə 1267 ailənin köçürülməsi nəzərdə tutulub:
“Bu təxminən oktyabr-noyabr aylarına təsadüf edəcək”.
Xüsusi nümayəndə gələcək planlardan da danışıb: “Eyni zamanda bu ay Ağdamda dördüncü məhəllənin tikintisinə başlanılacaq. İyun ayında beşinci məhəllənin tikintisinə başlanılacağını gözləyirik”.
E.Hüseynov həmçinin vurğulayıb ki, il sonunadək 5, gələn il 10, ümumilikdə isə 20-25 min əhalinin Ağdama köçürülməsi nəzərdə tutulub.
"Füzulidə də ikinci və üçüncü yaşayış məhəllərinin layihələndirməsini yekunlaşdırmaq üzrəyik.
Hesab edirəm ki, layihələndirmə bu ilin sonuna doğru - payız aylarında başa çatacaq. Bundan sonra isə tikinti işlərinə start veriləcək”, - xüsusi nümayəndə qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:42 / 17.04.2025
Bu il Ağdama köçürüləcək əhalinin sayı AÇIQLANDI
Hazırda oxunan: Bu il Ağdama köçürüləcək əhalinin sayı AÇIQLANDI
Hazırda oxunan: Bu il Ağdama köçürüləcək əhalinin sayı AÇIQLANDI
244611
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.