Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “Dəyirman dairəsi” adlanan ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Prius" markalı avtomobil "LADA Priora" markalı minik maşını ilə toqquşub.
Qəza zamanı 1990-cı il təvəllüdlü X. İsmayılov, 1992-ci il təvəllüdlü E. Ələsgərov və 1995-ci il təvəllüdlü A. Quliyeva müxtəlif dərəcəli bədən xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu