Futbol siyasilərin GÖZÜ İLƏ: AVRO 2020 Azərbaycana nə verəcək?

Futbol siyasilərin GÖZÜ İLƏ: AVRO 2020 Azərbaycana nə verəcək?

Hazırda oxunan: Futbol siyasilərin GÖZÜ İLƏ: AVRO 2020 Azərbaycana nə verəcək?

24451

Romada start götürən “AVRO -2020” çempionatı bu gün Bakı Olimpiya Stadionunda İsveçrə - Uels komandalarının oyunu ilə davam edəcək.

2020-ci ildə keçirilməsi planlaşdırılan Avropa çempionatı dünyada tüğyan edən pandemiya səsəbilə 2021-ci ilə qədər təxirə düşdüyünü nəzərə alsaq, azarkeşlərin bu günü necə həsrtələ gözlədiyini anlaya bilərik. 

Bəs, bu keçiriləcək oyunlar Azərbaycan üçün nə kəsb edəcək?

Ağ Partiyanın lideri Tural Abbaslının fikrincə, bu çempionat Azərbaycanı dünyada tanınması üçün çox gözəl fürsətdir.
 

MÖVZU İLƏ BAĞLI:

Futbol siyasilərin GÖZÜ İLƏ: - AVRO 2020 Azərbaycana nə verəcək?


O, bu barədə Bizim.Media-ya açıqlamasında AVRO-2020-dən danışarkən deyib.

“Ümumiyyətlə, beynəlxalq tədbirlərin hansısa ölkədə keçirilməsi adətən həmin dövlətin dünyada tanınmasına töhvə verir. Bundan başqa bu turizm sahəsinin inkişafında böyük rol oynayır, dünyada bu ölkə haqqında rəy yaranır. Ən azından gələn turistlərdə yenidən bu ölkəyə səfər etmək barədə fikir yaranır. Avropa çempionatının 4 oyunun burada keçirilməsi bizə xeyir verə bilər. Çünki Azərbaycanda 60 minlik stadionunu dolduracaq futbol komandası olmadığı üçün, bu stadion belə irimiqyaslı oyunların, çempionatların keçirilməsi üçün faydalı ola bilər”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə bildirib ki, hazırda müasir dünyada idman oyunlarına o qədər də maraq yoxdur.

“Təbii ki, bu oyunlar dövlətə müəyyən qazanc gətirə bilər. Ancaq hazırda müasir dünyada idmana o qədər də maraq yoxdur, turistlərin səyahət etməsi çətinləşib. Belə bir şəraitdə inanmıram ki, bu oyunlar Azərbaycana böyük bir maliyyə gətirsin. Bu cür tədbirlərin keçirilməsində hər zaman dövlətin tanınmasını arqument kimi gətirirlər. Lakin mənə elə gəlir ki, heç bir dövlət bu günə qədər idmanla tanınmayıb, heç tanına da bilməz. Bir dövlət özünün hərbi gücü, dünyadakı mövqeyi ilə tanınmalıdır”.

Qeyd edək ki, Avropa çempionatı iyunun 11-də Romadakı "Olimpiko" stadionunda keçirilən İtaliya - Türkiyə matçı ilə başlayıb. 

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO