Məhkəmə insan alveri ilə məşğul olan qadınla bağlı qərarı açıqladı

Məhkəmə insan alveri ilə məşğul olan qadınla bağlı qərarı açıqladı

Hazırda oxunan: Məhkəmə insan alveri ilə məşğul olan qadınla bağlı qərarı açıqladı

244461

Ali Məhkəmədə insan alverində təqsirləndirilən Gülsevər Qurbanovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


Qeyd edək ki, Gülsevər Aslan qızı Qurbanovanın qadınları tamah niyyəti və aldatma yolu ilə istismar məqsədilə dövlət sərhədindən keçirərək, onların pasportlarını götürüb saxlamaqla insan alveri cinayəti törətdiyi məlum olub. Buna görə də, o, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Baş İdarədə araşdırma aparılıb.

İstismar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə cinayət işi başlanılıb. İşin halları ətraflı araşdırıldıqdan sonra baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Qurbanova 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO