Xızıdan Bakıya gedən mərkəzi yol hələ də AÇILMAYIB – İnsanlar saatlardır YOLDADIR – VİDEO

Xızıdan Bakıya gedən mərkəzi yol hələ də AÇILMAYIB – İnsanlar saatlardır YOLDADIR – VİDEO

Hazırda oxunan: Xızıdan Bakıya gedən mərkəzi yol hələ də AÇILMAYIB – İnsanlar saatlardır YOLDADIR – VİDEO

244442

Xəbər verdiyimiz kimi Giləzi -Xızı yolunun Təzəkənd yaşayış məntəqəsindən Xızı qəsəbəsinə gedən magistral yola dağlardan gələn iri daş və qaya parçsları düşərək yolu tam bağlayıb. Bakı, Sumqayıt və digər ərazilərə gedən, eləcə də əks istiqamətə hərəkət dayanıb. İnsanlar saatlardır ki, yolda qalıb və ciddi çətinlik yaşayıblar. Amma Xızıdan Bakıya gedən mərkəzi yol hələ də açılmayıb.

Xızı icra başçısının müavini Arzu Əzizov səhər saatlarından telefon zənglərimizə cavab verməsə də, başçının Xızı şəhəri üzrə nümayəndəsi Müşfiq İslamov Bizim.Media-ya yolun açılması istiqamətində işlər aparıldığını bildirib.

Onun sözlərinə görə selin yola dağlardan gətirdiyi daşlar təmizləndikcə təkrarlanır. Yəni yenidən yola daşlar tökülür. Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Qurum rəsmisi hazırda yolun açılması üçün ərazidə texnika işlədiyini qeyd edib.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO