Siyəzəndə sel 1800 abonenti qazsız qoyub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Ataçayda suyun səviyyəsinin qalxması Xaçmaz regional qaz istismarı idarəsinin Siyəzən Xidmət sahəsindən-qazpaylayıcı stansiyasından qidalanan, diametri 159 mm olan 5-ci xətti qırıb. Qəza nəticəsində 1800 abonent qazsız qalıb.
Qazsız qalan ərazilər-Böyük Həmyə, Kiçik Həmyə, Orta Həmyə kəndlərini, Gənclik qəsəbəsini və Siyəzən şəhərindəki Şamil Baxşıyev, eləcə də Xətai küçələrini əhatə edir.
Təbii qazın verilməsi istiqamətində işlərə başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu