Gəncənin Məhsəti qəsəbəsində evləri su basdı, küçələr keçilməz oldu – FOTO

Gəncənin Məhsəti qəsəbəsində evləri su basdı, küçələr keçilməz oldu – FOTO

Hazırda oxunan: Gəncənin Məhsəti qəsəbəsində evləri su basdı, küçələr keçilməz oldu – FOTO

244412

Bölgəyə yağan aramsız yağışlar Gəncədə bir sıra yaşayış massivlərində ciddi fəsadlar törədib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, dünəndən başlayan güclü yağışlar yağması şəhərin Məhsəti qəsəbəsində 15-ə yaxın fərdi yaşayış evinin su basması ilə nəticələnib.
 

Bəzi küçələrdə sakinlərin və avtomobillərin hərəkəti məhdudlaşıb. Bu ərazilərdən yalnız böyük qabaritli maşınlarınn hərəkəti mümkündür.


Əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin əməkdaşları və xüsusi avadanlıqları cəlb olunub. Səhər saatlarından etibarən Gəncə şəhər Sukanal İdarəsi və Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları və texnikaları əraziyə cəlb olunublar.

Gəncə Şəhər Sukanal İdarəsi tərəfindən xüsusi avadanlıqlar vasitəsi ilə həyətlərə və evlərə dolan suların çəkilməsi işləri həyata keçirllir. Eyni zamanda yağış sularının istiqamətinin dəyişdirilməsi üçün ərazidə qazıntı işləri aparılır.

Qeyd edək ki, sözügedən ərazidə güclü yağışlardan sonra su basma hadisəsi dəfələrlə baş verib. Bu ərazidə sakinlərin əksəriyyəti şəhərsalma və tikinti məcəlləsinin tələblərini pozaraq evlər inşa ediblər. Buna görə də küçələrdə su və kanalizasiya xətləri sistemsiz çəkildiyindən bu kimi problemlər yaranır.







Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO