5 gün əvvəl Bakıda dəhşətli qəza törədən taksi sürücüsü müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Bu barədə Bizim.Media-ya TƏBİB-dən açıqlama verilib.
Bildirilib ki, Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə 10.04.2025-ci il tarixində saat 15:10 radələrində Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunan 1974-cü il təvəllüdlü (kişi cinsli) şəxs öz istəyilə tibb müəssisəsindən buraxılıb:
“Aparılan ətraflı instrumental müayinələr nəticəsində sol dizin kəsilmiş yarası, sağ qamış sümüyünün kondiluslardan keçən açıq yerdəyişmiş sınığı, sol bud sümüyünün kondilusunun yerdəyişmiş sınığı, döş qəfəsinin əzilməsi diaqnozları təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib. Pasiyent müalicəsinin davam etdirilməsi üçün özəl tibb müəssisəsinə müraciət edəcəyini bildirib və öz istəyilə tibb müəssisəsindən buraxılıb”.
MÖVZU İLƏ BAĞLI:
"Uçan taksi"nin sürücüsü ilk dəfə DANIŞDI - Narkoloji testin cavabı AÇIQLANDI - FOTO/VİDEO
Qeyd edək ki, "Bolt" taksi şirkətinə məxsus BYD avtomobilinin sürücüsü idarəetməni itirərək arakəsməni yararaq, Heydər Əliyev prospekti ilə hərəkətdə olan "Ford"a dəyib, “uçaraq” yolun o biri tərəfinə düşüb. Nəticədə sürücü və avtomobildə olan sərnişin xəsarət alıblar.
Bizim.Media