Ən tez evlənən bürclər AÇIQLANDI

Ən tez evlənən bürclər AÇIQLANDI

Hazırda oxunan: Ən tez evlənən bürclər AÇIQLANDI

244072

Astrologiyada bürclərin sevgi və münasibətlərə yanaşması fərqli olur. Bəzi bürclər az tanıyıb tez sevir, tez də evlənmək qərarı verir. Digərləri isə aylarla, illərlə düşünür, münasibəti analiz edir və sonra addım atır.

Bəs ən tez evlənməyə qərar verən bürclər hansılardır?

Bizim.Media sizə sevgi münasibətlərində tez qərar verən, hisslərinə tez təslim olan və evlilikdən çəkinməyən bürcləri təqdim edir:

Qoç (21 Mart - 19 Aprel)

Enerjili, risksevər və lider ruhlu Qoç bürcü hisslərini gizlətmir. Sevdiyi insanı tapanda dərhal ciddi addım atmağa hazır olur. Uzun-uzadı gözləmək onluq deyil.

Xərçəng (21 İyun - 22 İyul)

Duyğusal və ailəyə bağlı Xərçəng bürcü üçün evlilik bir növ "müqəddəs bağ"dır. Sevdiyi insanla tez evlənmək və ailə həyatı qurmaq ən böyük arzusudur.

Tərəzi (23 Sentyabr - 22 Oktyabr)

Eşq və harmoniya planeti olan Veneranın təsiri altında olan Tərəzilər münasibətlərə tez bağlanır. Onlar balanslı və romantik münasibəti evliliklə möhkəmləndirmək istəyirlər.

Oxatan (22 Noyabr - 21 Dekabr)

Maceranı sevən və dürüstlük dəyərlərinə önəm verən Oxatanlar əgər doğru insana rast gəliblərsə, çox düşünmədən evliliyə "bəli" deyə bilirlər. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO