“Kasıbların kartı vəzifə sahiblərinin cibində yığılıb qalır” - Deputatdan SƏRT SÖZLƏR

“Kasıbların kartı vəzifə sahiblərinin cibində yığılıb qalır” - Deputatdan SƏRT SÖZLƏR

Hazırda oxunan: “Kasıbların kartı vəzifə sahiblərinin cibində yığılıb qalır” - Deputatdan SƏRT SÖZLƏR

24396

“Ölkədə xalqı narazı salan sahələrdən biri sosial yardımların paylanma məsələsidir. Bununla bağlı nələr baş verir, yaxşı bilirik. Kasıb, bir tikə çörəyə möhtac insanların kartlarının vəzifə sahibi olanların ciblərində yığılıb qaldığının da şahidi oluruq. Mən bilmirəm bizim vətəndaşlarımız bundan udacaq, ya uduzacaq. Elə deyilir ki, qanun beynəlxalq standartlara yaxınlaşdırır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.

Deputatın fiktrincə, bu qanunun lehinə səs vermək çətindir. 

“Bu məsələdə biz istəsək də, istəməsək də, insanlarda bir narazılıq yaranacaq. Çünki uzun illər eyni sistemlə pensiya almış insanlar yeni sistemlə qarşılaşacaq. ƏƏSMN gəlib bu dəyişikliklərə aydınlıq gətirməlidir”. 

Millət vəkili bildirib ki, bu dəyişikliklərin nə qədər insanı əhatə etdiyi deyilməlidir:

“Bu cür qanunlar qəbul edilərkən Azərbaycanın vəziyyəti nəzərə alınmalıdır. Beynəlxalq standart adı ilə əhalini narazı salmaq olmaz, indiki məqamda ümumiyyətlə olmaz”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO