Qubada torpaq sürüşməsi baş verən ərazidə vəziyyət necədir? - FOTO

Qubada torpaq sürüşməsi baş verən ərazidə vəziyyət necədir? - FOTO

Hazırda oxunan: Qubada torpaq sürüşməsi baş verən ərazidə vəziyyət necədir? - FOTO

243872

Qubanın Güləzi kəndində baş vermiş torpaq sürüşməsi böyük bir sahəni əhatə etmir. Uzunluğu 60, eni 25 metr olan sahədə 2010-cu ildə baş vermiş torpaq sürüşməsi aktivləşib və məktəb yolu bağlanmışdı.

Bu məlumatı Bizim.Media-ya Quba İH başçısının Güləzi İƏD üzrə nümayəndəsi Səbuhi Cəfərov verib.

Onun sözlərinə görə, artıq məktəb yolu Qubadakı 11 saylı Xüsusi təyinatlı yol istismar idarəsinin əməkdaşları tərəfindən təmizlənərək tam bərpa edilib.

Qeyd edək ki, seysmik zona olan Güləzi kəndində 15 il əvvəl baş vermiş güclü torpaq sürüşməsindən sonra kənd köçürülüb.
 

Nazirlər Kabinetinin qərarı ilə 189 ailə üçün yeni yaşayış massivi salınıb. Kənd köçürülsə də buradakı tam orta məktəb fəaliyyətini dayandırmayıb.


Şagird sayı azaldığından məktəb ümumi orta məktəbə çevrilib. Hazırda burada qonşu Xanəgah yolu və Dalaqo kəndlərindən gələn 26 şagird təhsil alır.

Quba FHK sədri Tariyel İbrahimov hazırda məktəb yolunun işlək olduğunu bildirib.
















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO