Xaricdən “Starlink” qurğusu gətirmək istəyənlərin NƏZƏRİNƏ: Nazirlikdən İCAZƏ ALINMALIDIR - RƏSMİ

Xaricdən “Starlink” qurğusu gətirmək istəyənlərin NƏZƏRİNƏ: Nazirlikdən İCAZƏ ALINMALIDIR - RƏSMİ

Hazırda oxunan: Xaricdən “Starlink” qurğusu gətirmək istəyənlərin NƏZƏRİNƏ: Nazirlikdən İCAZƏ ALINMALIDIR - RƏSMİ

243721

Aprelin 9-da “Vətəndaşların sifariş verdiyi “Starlink” qurğuları gömrükdən BURAXILMIR – ŞİKAYƏT” başlıqlı yazı dərc etmişdik. Sözügedən məqalədə genişzolaqlı internet əldə etmək üçün “Starlink” qurğusunu DHL vasitəsilə qısa zamanda ölkəmizə gətirən bəzi vətəndaşlara gömrük məntəqələrində əngəllər yaradıldığını bildirmişdik.

Məsələ ilə bağlı həm Dövlət Gömrük Komitəsinə, həm də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sorğu göndərmişdik.Hər iki qurum sorğumuza cavab verib.

Dövlət Gömrük Komitəsdən Bizim.Media-nın sorğusuna belə cavab verilib:

 

MÖVZU İLƏ BAĞLI:

Vətəndaşların sifariş verdiyi “Starlink” qurğuları gömrükdən BURAXILMIR – ŞİKAYƏT



“Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının siyahısı”nın 4-cü bəndinə əsasən kosmik-peyk rabitə vasitələrinin ölkə ərazisinə gətirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xüsusi icazəsi əsasında həyata keçirilə bilər”.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) Bizim.Media-ya bildirilib ki, sözügedən avadanlıqlar “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, kosmik peyk rabitə vasitəsi kimi təsnifləşdirilib:

“Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 4-cü bəndinə əsasən, həmin əşyaların mülki dövriyyəsinə xüsusi icazə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO