Ağdərəyə köçən 20 ailəyə mənzillərin açarları təqdim edildi – FOTO

Ağdərəyə köçən 20 ailəyə mənzillərin açarları təqdim edildi – FOTO

Hazırda oxunan: Ağdərəyə köçən 20 ailəyə mənzillərin açarları təqdim edildi – FOTO

243582

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç prosesi gerçəkləşib. Səhər saatlarında yola salınan ailələr doğma yurdlarına çatıblar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, köç karvanında yer alan 72 nəfərdən ibarət 20 ailəyə mənzillərin açarları təqdim edilib.
 

Açarların təqdim edilməsi mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Ağdərə rayonunun Həsənriz kəndinə bir müddətdir ki, mərhələli şəkildə köç davam edir.


Bu gün də daxil olmaqla kəndə ümumilikdə 70 ailə (238 nəfər) köçürülüb. Aprel ayının sonunadək daha 40 ailə bura köç edəcək. Kənddə yenidənqurma, tikinti və bərpa işləri də gedir.

Həsənriz kəndində bütün sosial və kommunal xidmətlər də yenidən qurulub. Kənd fasiləsiz olaraq elektrik enerjisi, içməli su və təbii qazla təmin olunub.
























Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO