Gədəbəydə stadionu şumladılar: Kartof əkəcəklər - FOTO

Gədəbəydə stadionu şumladılar: Kartof əkəcəklər - FOTO

Hazırda oxunan: Gədəbəydə stadionu şumladılar: Kartof əkəcəklər - FOTO

243576

Gədəbəy stadionunu şumlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə idman jurnalisti Anar Şabanoğlu sosial şəbəkə hesabında məlumat yayıb.

“Yəqin görüblər ki, futbolçu yetişdirə bilmirlər, fikirləşiblər ki, bəlkə kartof yetişə. Uşaqlığım bu stadionda keçib. Hava qaranlıqlaşana, göz topu görməyənə kimi futbol oynayırdıq. Sonra "Narzan" 1-ci Liqada çıxış etdi. Bu stadionda bir çox tanınmış futbolçular, o cümlədən Zaur Tağızadə OİK-in heyətində qol vurmuşdu.

Şəhərin ən azı 2-3, kəndlərin hərəsinin ən azı 1 komandası olurdu. Rayon çempionatı keçirilirdi.

Sonra dedilər Fazil Məmmədov stadionu alıb. Stadionu bağladılar, heç kimi buraxmadılar. Nəhayət, deyəsən "təyinatı üzrə" istifadə etməyə başlayıblar.
 

İndi AFFA-dan soruşsan, deyəcəklər bizim balansımızda deyil, Gənclər və İdman Nazirliyi deyəcək biz bilmirik, İcra Hakimiyyətindən də soruşsan başqa bir sözlə yola verəcəklər. Amma deyilənə görə, stadionun torpağı özəlləşdirilməyib. Yəni, bu edilən özbaşınalıqdır.


Sonra deyirik ölkədə niyə futbol yoxdu...”, - jurnalist qeyd edib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO