Metroda yeni tunelin inşası dövründə ekspress avtobuslar TƏŞKİL EDİLƏCƏK

Metroda yeni tunelin inşası dövründə ekspress avtobuslar TƏŞKİL EDİLƏCƏK

Hazırda oxunan: Metroda yeni tunelin inşası dövründə ekspress avtobuslar TƏŞKİL EDİLƏCƏK

243516

“Bakı Metropoliteni”nin Qırmızı və Yaşıl xətlərinin ayrılması məqsədi ilə tunel tikintisi zamanı sərnişinlər xətti dəyişmək üçün alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Məlumata görə, sərnişinlərin minimum narahatlıqla bu dövrü keçməsi üçün Bakı Metropoliteni və aidiyyəti dövlət qurumları birgə fəaliyyət göstərəcək: 
 

“Hazırda ekspress avtobus marşrutlarının təşkili istiqamətində hazırlıq işləri aparılır və bu barədə ictimaiyyətə vaxtında məlumat veriləcək.


Əlbəttə ki, bu keçid dövrü sərnişinlər üçün müəyyən dərəcədə narahatlıq yarada bilər. Lakin nəzərə almaq lazımdır ki, bu, gələcəkdə daha sürətli, daha sıx qrafiklə və rahat şəkildə hərəkət edən metro xətlərinə keçid üçün zəruri mərhələdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO