Bu bölgədən 3 şagird maksimum nəticə ilə ÖNDƏDİR - FOTO

Bu bölgədən 3 şagird maksimum nəticə ilə ÖNDƏDİR - FOTO

Hazırda oxunan: Bu bölgədən 3 şagird maksimum nəticə ilə ÖNDƏDİR - FOTO

243455

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 3 şagirdi XI sinif üzrə buraxılış imtahanlarında maksimum nəticə göstərib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu il martin 2-də keçirilmiş XI sinif üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən, Şəki rayon Orta Zəyzid kənd 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Orxan Abdulsəmədli, Qəbələ rayonu Uludaş kənd tam orta məktəbin XI sinif şagirdi Ömər Rəsulov və Şəki şəhər Kimya-biologiya təmayüllü respublika liseyinin Xı sinif şagirdi Məhəmməd İsmayılov 300 bal toplayaraq maksimum nəticə göstərib.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dilindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunub.

Bu mərhələdə fənlərin hər biri üzrə 100 bal olmaqla, ümumilikdə 300 bal maksimum nəticə hesab olunur.



Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO