Masallıda ƏMƏLİYYAT: 19 kq narkotikin qanunsuz dövriyyəsinin qarşısı alındı - FOTO

Masallıda ƏMƏLİYYAT: 19 kq narkotikin qanunsuz dövriyyəsinin qarşısı alındı - FOTO

Hazırda oxunan: Masallıda ƏMƏLİYYAT: 19 kq narkotikin qanunsuz dövriyyəsinin qarşısı alındı - FOTO

243249

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi Masallıda 19 kiloqram narkotikin qanunsuz dövriyyəsinin qarşısını alıb.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

Məlumata görə, Masallı rayonunda keçirilən əməliyyat zamanı 54 yaşlı İlham Səlimzadə tutulub.

Ondan 19 kiloqram tərkibinə zərərli maddələr əlavə edilən marixuana, tiryək, psixotrop maddə metamfetamin və 800 ədəd metadon həbi aşkarlanıb.
 

İ.Səlimzadə ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Masallı rayonu ərazisindəki gizli yerdən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu etiraf edib.


Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO